Ermənistanın yeni Konstitusiyası ilə bağlı hüquqi hazırlıqlar başa çatıb

Dünya

23.03.2026 - 17:18

Srbuhi Qalyan: “Hazırda onun siyasi məzmunu üzərində iş gedir”

“Ermənistanın yeni Konstitusiyası hüquqi baxımdan tam hazırdır və hazırda onun siyasi məzmunu üzərində iş gedir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Milli Assambleyada jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Nazir sənəd üzərində işlərin ictimai müzakirələri nəzərə alaraq Konstitusiya İslahatları Şurası ilə birgə davam etdiriləcəyini bildirib.

"Proses statik olmadığı üçün mətni dərc edib bitirmək qədər sadə olmayacaq. İctimai rəyi cəlb etmək və düşünmək üçün, fürsət yaratmaq üçün mətni və ya müddəaları dərc edəcəyik. Başqa sözlə, fikirlər toplayacaq, düzəlişlər edəcəyik və bunlar da Şura ilə müzakirə olunacaq", - deyə Qalyan qeyd edib.

Baş nazir Nikol Paşinyanın yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadların olmaması barədə açıqlamasına münasibət bildirən nazir bunun siyasi mövqe olduğunu və islahatda iştirak edənlərin öz fikirlərini ifadə etmək hüququna malik olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Baş nazir nəyi doğru hesab edirsə, o barədə öz fikrini bildirir və Konstitusiya İslahatları Şurasının üzvlərinin də öz mövqelərini bildirmək hüququ var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş