Ermənistanın şimalına daşqınlar: bir nəfər ölüb

Dünya

26.05.2024 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Sənahində evlər su altında qalıb

Ermənistanın şimalında Debed çayı öz məcrasından çıxaraq M-6 dövlətlərarası avtomobil yolunu basıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Yol Departamentinin Mətbuat Xidməti məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri daşqın və insanların evakuasiyaya ehtiyacı olduğunu bildiriblər.

Vətəndaşlar həmçinin qeyd ediblər ki, Sənahində evlər su altında qalıb, vağzalda birinci mərtəbələrdə insanlar köməksizdirlər.

Alaverdidə də bəzi mağaza və dükanları su basıb.

Ermənistan Yol Departamenti Gürcüstan istiqamətində hərəkət edən sürücülərə dövlətlərarası avtomobil yolunun bəzi hissələrində diqqətli olmağı tövsiyə edib.

Ermənistanın şimalında daşqınlar nəticəsində 1 nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “Opel” markalı avtomobil yolunun Şnoq-Texout hissəsində çaya düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş