Diplomat üç şəxsi tapançasını müsadirə etməməsini və ya sıradan çıxarmamasını tələb edib
Hüquq-mühafizə orqanları son zamanlar yüksək vəzifəli məmurlara məxsus silahları müsadirə edir və ya sıradan çıxarır. AYNA.AZ xəbər verir ki, erməni "Joqovurd" qəzetinin məlumatına görə, Ermənistanın Rusiyadakı səfiri Qurqen Arsenyan hüquq-mühafizə orqanlarının onun odlu silahlarını müsadirə etmək niyyəti ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə (DİN) qarşı iddia qaldırıb.
Diplomat İnzibati Məhkəməyə müraciət edərək, qurumun üç şəxsi tapançanı - "Walther", "Beretta-92" və "Glock 42" tapançalarını müsadirə etməməsini və ya sıradan çıxarmamasını tələb edib.
Qəzetin məlumatına görə, DİN son zamanlar yüksək vəzifəli məmurlar da daxil olmaqla, illər ərzində verilmiş silah icazələrini nəzərdən keçirir.
Bəzi hallarda, bu araşdırmalardan sonra silahlar müsadirə oluna və ya sıradan çıxarıla bilər.