Ermənistanın "Birlikdə" hərəkatının üzvləri Venslə görüşmək istəyirlər

Dünya

08.02.2026 - 11:19

“Yaxın günlərdə Ermənistana səfər etməsi planlaşdırılan ABŞ vitse-prezidenti ilə görüş tələb edirik”

“Biz cəmiyyətin bir hissəsini təmsil etdiyimiz üçün yaxın günlərdə Ermənistana səfər etməsi planlaşdırılan ABŞ vitse-prezidenti J.D.Vens ilə görüş tələb edirik”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın "Birlikdə" ictimai-siyasi hərəkatının üzvü Aram Sarkisyan deyib.

"Biz Vensi bütün ermənilərin katolikosu II Qareginlə görüşməyə və hakimiyyətdən Erməni Apostol Kilsəsinə təzyiqləri dayandırmağı, eləcə də bütün siyasi məhbusların azad edilməsini tələb etməyə çağıracağıq", - Sarkisyan qeyd edib.

Qeyd edək ki, ABŞ vitse-prezidenti J.D.Vens 9 fevralda Ermənistana, ertəsi gün isə Azərbaycana səfər edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş