Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlanıb

Xəbərlər

27.10.2020 - 19:13

cedabet dərman SEO Xidməti

Hikmət Hacıyev Bərdəyə edilən raket hücumu ilə bağlı yeni məlumat paylaşıb 

 

"Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına görə, Ermənistan Bərdədə mülki şəxslərə qarşı "Smerç" raketindən istifadə edib. Halbuki mülki insanlara qarşı belə kasetli bombaların istifadəsi qadağandır".

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

 

"Hadisə nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb", - o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş