Ermənistanda tərxis olunan hərbçilər qəzaya düşüblər: iki nəfər ölüb

Dünya

11.07.2024 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: tərxis olunan hərbçilər taksi ilə İrəvana gedirmişlər

Ermənistanda tərxis olunan hərbçilər qəzaya düşüblər. AYNA erməni mediasına istinadən bildirir ki, iyulun 11-də saat 11 radələrində İrəvan-Mehri yolunun 175 kilometrlik hissəsində, Qorayk kəndi yaxınlığında “Mitsubishi Grandis” markalı mülki avtomobil qəzaya uğrayıb. Nəticədə iki nəfər ölüb.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisələrinə aparılıb.

İlkin məlumatlara görə, tərxis olunan hərbçilər taksi ilə İrəvan istiqamətində hərəkət edirmiş.

Ölənlərdən biri sürücü, ikincisi isə sərnişinlərdən biridir. İlkin məlumata görə, tibb müəssisəsinə müraciət edənlərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağır, birinin vəziyyəti isə qənaətbəxşdir.

Fakt əsasında Ermənistan İstintaq Komitəsinin Sünik vilayəti üzrə İstintaq İdarəsinin Sisian İstintaq İdarəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 342-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş