Ermənistanda "Sülh körpüsü" – “Dəyirmi masa” keçirilir

Xəbərlər

13.02.2026 - 16:17

Azərbaycan və Ermənistan nümayəndələri müzakirələrə başlayıblar

13-14 fevral tarixlərində Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli “dəyirmi masa” başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları yerinə yetirdikdən sonra quru sərhədinin delimitasiya olunmuş və demarkasiya olunmuş hissələri vasitəsilə Ermənistana keçib.

"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçılarından əlavə, bu “dəyirmi masa”da hər iki tərəfdən daha geniş nümayəndələr iştirak edirlər.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibinə 19 nəfər daxil olub.

Ermənistan tərəfini qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi təmsil edir.

Qeyd edək ki, dünən axşam saatlarında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən Ermənistana gediblər.

Ermənistanda "Sülh körpüsü" – “Dəyirmi masa” keçirilir Ermənistanda "Sülh körpüsü" – “Dəyirmi masa” keçirilir
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş