Ermənistanda silah-sursatı anbarı partlayıb

Dünya

06.11.2022 - 18:37

Həkimlər Klinikalar SEO Xidməti

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb

Bu günlərdə Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın baş verib.

AYNA erməni mediasına istinadən xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayış müşahidə olunub.

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb. Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş