Ermənistanda Serj Sarkisyana qarşı yeni cinayət işi açılıb

Dünya

06.11.2025 - 22:59

Sabiq Prezidentə rüşvət ittihamı ilə yeni ictimai cinayət işi açılıb

Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyana qarşı rüşvət ittihamı ilə yeni ictimai cinayət işi açılıb. AYNA.AZ-ın xəbərinə görə, bu barədə Ermənistan Baş Prokurorluğundan “Armenpress”ə bildirilib.

Məlumata görə, prokuror Serj Sarkisyana qarşı 2003-cü il aprelin 18-də qəbul edilmiş Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi ilə (xüsusilə külli miqdarda rüşvət alma) açıq cinayət işi açıb.

Baş Prokurorluqdan qeyd edilib ki, "2025-ci il noyabrın 5-də prokuror Serj Sarkisyana qarşı 18 aprel 2003-cü ildə qəbul edilmiş Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndinə (xüsusilə külli miqdarda rüşvət alma) uyğun gələn 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci hissəsi ilə ictimai cinayət işi açıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş