Ermənistanda separatçıların qondarma sabiq meri ev dustaqlığına məhkum edilib

Dünya

24.05.2024 - 21:17

Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimin funksionerlərindən biri olan Ayk Şamiryan ev dustaqlığına məhkum edilib.

AYNA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” onun vəkili Ruben Məlikyanın açıqlamasına istinadən məlumat yayıb.

Vəlilin sözlərinə görə, Şamiryan “Vətən naminə Tavuş” müxalifət hərəkatının mitinqlərində iştirak etdiyinə görə saxlanılıb.

Saxlanılmazdan əvvəl müstəntiqlər Ayk Şamiryanın mənzilində axtarış aparıblar. Ona qarşı irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Qarabağın işğalı illərində A.Şamiryan qondarma keçmiş separatçı rejimin rəhbərliyi tərəfindən Əsgəran qəsəbəsinin “meri” təyin edilmişdi.

Müəllif: Ayna.az