Müxalifət isə xalqı Sasunlu Davudun abidəsi önünə səsləyib
Ermənistanda Baş nazir Nikol Paşinyan hökumətinə qarşı dünən tələbələrin başlatdığı aksiyalar davam edir.
AYNA erməni mediasına istinadən bildirir ki, paytaxt İrəvanın müxtəlif yerlərində gənclər hazırkı hökumətin istefası tələbi ilə küçələri bağlayaraq etiraz aksiyalarını davam etdirirlər.
Tələbələr İrəvandakı "Qələbə" körpüsünü bağlayıblar. Bundan əvvəl isə bir qrup gənc "Komitas" prospektini bağlamışdı.
Bu arada, erməni müxalifəti də xalqı meydanlara səsləyib. Ermənistan Parlamentinin vitse-spikeri, “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan öz "Facebook" səhifəsində yazıb: “Əziz həmvətənlər, biz mübarizəmizi davam etdiririk. Razılaşdığımız kimi, bu gün saat 18:30-da Sasunlu Davudun abidəsi önündə görüşəcəyik”.