Ermənistanda etirazçılar bir neçə yolu bağlayıblar

Dünya

10.05.2024 - 14:50

İrəvanda və bölgələrdə bir sıra yol bağlanıb

Ermənistanda Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyanın çağırışı ilə paytaxt İrəvan və regionlarda bir sıra yol bağlanıb.

AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan-İran dövlətlərarası avtomobil yolunun Yeqnadzor hissəsində bağlanıb. Etirazçılar Ararat rayonundan İrəvana girişi də bağlayıblar.

İrəvanda bir qrup vətəndaş Teryan-Moskovyan kəsişməsini, eləcə də Maştots prospektini bağlayıb.

Xatırladaq ki, Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər.

Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib. Hərəkatın lideri Baqrat Qalstanyan Baş naziri Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt versə də, lakin bu baş tutmayıb. Bundan sonra o, mayın 10-da bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa çağırıb.

Ermənistanda etirazçılar bir neçə yolu bağlayıblar
Müəllif: Ayna.az