Ermənistanda azərbaycandilli kanal bağlanıb

Xəbərlər

07.12.2025 - 09:26

Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilib

Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb.

AYNA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurum dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bəyan edib.

Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 3-də “ReOpen Media” ilə “Real TV” arasında canlı bağlantı baş tutmuşdu. Söhbətin siyasi mövzulara toxunulmadan aparılacağı əvvəlcədən razılaşdırılsa da, kanalın aparıcısı Diana Karapetyan efir zamanı “Artsax” ifadəsini işlədərək gərginliyə səbəb olmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş