Ermənistana məxsus daha bir PUA məhv edilib

Xəbərlər

23.10.2020 - 12:54

Taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən zərərsizləşdirilib

 

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 PUA Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkarlanaraq məhv edilib. Daha 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Müəllif: Ayna.az