Ermənistan və Fransa XİN başçıları gələn həftə danışıqlar aparacaqlar

Dünya

14.09.2024 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

Sejurnenin sentyabrın 15-16-da Ermənistana səfər edəcəyini təsdiqlənib

Sentyabrın 16-da Ermənistan və Fransa xarici işlər nazirləri arasında danışıqlar aparılacaq.

AYNA Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

O, Fransa xarici işlər naziri Stefan Sejurnenin sentyabrın 15-16-da Ermənistana səfər edəcəyini təsdiqləyib.

“Sentyabrın 16-da Ermənistan XİN-də hər iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Stefan Sejurnenin rəsmi görüşü, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək”, - o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş