Ermənistan Solovyovun açıqlamaları ilə bağlı Rusiyaya nota verib

Dünya

13.01.2026 - 08:41

Səfir Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağrılıb

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin teleaparıcı Vladimir Solovyovun açıqlamaları ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə XİN sözçüsü Ani Badalyan deyib.

Badalyan qeyd edib ki, "ona dövlət televiziya proqramında verilən açıqlamalara görə dərin qəzəb ifadə edən etiraz notası təqdim olunub”.

Vurğulanıb ki, bunlar Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz bir qəsd, düşmənçilik aktı və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Solovyov 10 yanvarda "Solovyov. Həyat" verilişində Ermənistanın və Orta Asiyanın itirilməsinin Rusiya üçün "nəhəng problem" olduğunu bildirib: "Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən daha ağrılıdır".

Solovyov sual verib: “Əgər milli təhlükəsizliyimiz üçün Ukrayna ərazisində strateji hərbi əməliyyata başlamalı idiksə, bəs niyə eyni mülahizələrə əsaslanaraq təsir zonamızın digər nöqtələrində hərbi əməliyyatlara başlaya bilmirik?”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş