Ermənistan Seçki Məcəlləsində dəyişiklik edilir

Dünya

23.01.2026 - 16:39

Parlamentdə qanun layihəsini birinci oxunuşda təsdiqlənib

Yanvarın 23-də keçirilən növbədənkənar iclasda Ermənistan Parlamenti Seçki Məcəlləsinə (Konstitusiya Qanunu) dəyişiklik edən qanun layihəsinin birinci oxunuşunu təsdiqləyib.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, altmış beş deputat qanun layihəsinin lehinə, ikisi əleyhinə səs verib.

 Xatırladaq ki, parlament müxalifətinin bəzi üzvləri, xüsusən də “Ermənistan” fraksiyası növbədənkənar iclası boykot edib.

Bu arada, əsasını Ermənistan Respublika Partiyasının üzvlərindən ibarət olan "Mənim şərəfim var" fraksiyası səsvermədə iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş