Dmitri Kiselevin hansı sözlərinin Ermənistanın suverenliyinə qarşı yönəldi göriyi qeyd olunmayıb
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Sergey Kopırkini çağıraraq ona etiraz notası təqdim edib. Buna səbəb bu il yanvarın 12-də “Rossiya 1” kanalında yayımlanan “Vesti Nedeli” verilişində ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bəyanatlar olub. AYNA xəbər verir ki, bu barədə Ermənistan XİN-in saytında qeyd olunub.
Verilişin aparıcısı Dmitri Kiselevin hansı sözlərinin Ermənistanın suverenliyinə qarşı yönəldiyi qeyd olunmayıb.
Qeyd edək ki, “Vesti Nedeli” proqramının 12 yanvar tarixli buraxılışında süjetlərdən biri Ermənistanla Azərbaycan arasındakı münasibətlərə həsr olunub.
Kiselev iddia edib ki, İrəvan “üçtərəfli saziş üzrə öz öhdəliklərinə” və Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Sünik bölgəsindən keçən və Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması tələbinə məhəl qoymur. Aparıcı həmçinin bəyan edib ki, Ermənistanın Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının qarşısının alınması layihəsi olan “Sülh yollarının kəsişməsi” Azərbaycan tərəfi üçün “çətin dağlıq ərazilərdə yolların çəkilməsi zərurəti” səbəbindən qəbuledilməzdir.
Kiselev Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasından və “Rusiya ilə münasibətlərin kəsilməsindən” də danışıb. “Bundan yaxşı heç nə gəlməyəcək. "Necə deyərlər, bu, sənin seçimindir" aparıcı deyib.