Ermənistan Roma Əsasnaməsini ratifikasiya edir? - Sənəd parlamentə göndərilib

Dünya

01.09.2023 - 18:21

cedabet dərman SEO Xidməti

Sənəddə Rusiya Prezidentinin mümkün həbsi ilə bağlı qeyd-şərt və ya hər hansı məqamın olub-olmadığı bəlli deyil

Bu gün Ermənistan hökuməti Roma Əsasnaməsini ratifikasiya üçün sənədi parlamentə göndərib. AYNA xəbər verir ki, bu barədə “Azatutyun” radiosuna hökumətin Mətbuat Xidmətindən məlumat verilib. 

Lakin ratifikasiya ilə bağlı təfərrüatlar açıqlanmayıb. Xüsusilə, göndərilən sənəddə Rusiya Prezidentinin mümkün həbsi ilə bağlı qeyd-şərt və ya hər hansı məqamın olub-olmadığı bəlli deyil.

Layihə hələ parlamentin saytında dərc edilməyib.

Qeyd edək ki, bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Bundan bir həftə əvvəl Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Rusiya tərəfinin Roma Nizamnaməsinin ratifikasiyasının Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər ehtiva etməsi ilə bağlı qorxulara cavab olaraq, Ermənistan Parlamentinin vitse-spikeri Hakop Arşakyan bildirmişdi ki, bu, heç bir şəkildə Rusiyaya qarşı yönəlməyib. Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası prosesi Beynəlxalq Məhkəmənin Rusiya Prezidentinə qarşı çıxardığı qərardan xeyli əvvəl başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş