Ermənistan Parlamentindən Avropa İttifaqı ilə bağlı qərar

Dünya

12.02.2025 - 14:08

Həkimlər Klinikalar SEO Xidməti

Milli Assambleya Aİ-yə daxil olmaq haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib

Ermənistan Milli Assambleyası (parlament) Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.

Müxalif “Ermənistan” fraksiyası isə səsvermədə iştirakdan imtina edib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş