Ermənistan Naxçıvan istiqamətində yenə atəşkəsi pozub

Xəbərlər

16.07.2021 - 14:03

Həkimlər Klinikalar SEO Xidməti

Düşmən cavab atəşi ilə susdurulub, itki və zərərçəkən yoxdur

 

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub. AYNA xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordudan bildirilib.

 

"Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş