Ermənistan KTMT-nin sammitindən imtina edib

Dünya

14.11.2023 - 14:37

cedabet dərman SEO Xidməti

Paşinyan Minskə getməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcək.

AYNA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı KTMT-nin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.

Paşinyan tərəfdaşların bu qərarı anlayışla qarşılayacaqlarına ümid etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş