“Hazırda biz başqa qərar qəbul etməyə ehtiyac görmürük”
Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün orqanlarında iştirakını tamamilə dondurub. AYNA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan deyib.
“Bilirsiniz ki, Ermənistan bütün səviyyələrdə KTMT-də iştirakını dondurub və indiki mərhələdə biz bu qərarı kafi hesab edirik. Hazırda biz başqa qərar qəbul etməyə ehtiyac görmürük, lakin bu o demək deyil ki, biz növbəti anda başqa qərar qəbul etməyə ehtiyac görməyəcəyik”, - Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, Ermənistanın KTMT-dən çıxacağı günü açıqlaya bilməz.
İyunun 12-də Nikol Paşinyan bəyan edib ki, Ermənistan KTMT-dən çıxmaq niyyətindədir. O, parlamentdəki çıxışı zamanı aydınlaşdırıb ki, İrəvan bunu lazım bildiyi zaman edəcək. Fevralda Baş nazir ölkənin KTMT üzvlüyünün dondurulmasından danışıb, mayın əvvəlində isə Ermənistan hakimiyyəti təşkilatın maliyyələşdirilməsində iştirakını dayandırdığını bəyan edib.