“Öhdəlikdə Konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olması nəzərdə tutulur”
Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı ilin mart ayına qədər hazır olmalıdır. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, ölkənin ədliyyə naziri Srbuhi Qalyan bu barədə Konstitusiya İslahatları Şurasının növbəti iclasında verib.
"Ədliyyə Nazirliyinin mətnin hazırlanması müddəti ilə bağlı verdiyi öhdəliyi bir daha təkrarlamaq istərdim. Xüsusilə, bu öhdəlikdə Konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olması nəzərdə tutulur", - deyə o qeyd edib.