Ermənistan DİN-dən etirazçılara çağırış

Dünya

31.05.2024 - 15:33

Həkimlər Klinikalar SEO Xidməti

Polis vətəndaşları qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb

Ermənistanın Daxili İşlər Nazirliyi (DİN) etiraz aksiyası iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə, başqalarının hüquqlarına hörmət etməyə, ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırıb. AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“İstənilən qanunsuz təzahürə müvafiq hüquqi qiymət veriləcək. DİN polisi bundan sonra da qanunla onlara həvalə edilmiş funksiyaları bütün vasitələrdən istifadə etməklə, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl surətdə davam etdirəcək”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş