Ermənistan BRİKS-ə qoşulmaq niyyətində deyil

Dünya

22.10.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Mher Qriqoryan: “Xeyr, belə müzakirələr yoxdur”

“Ermənistan BRİKS-ə üzv olmaq fikrində deyil”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Xeyr, belə müzakirələr yoxdur”, - Qriqoryan jurnalistin müvafiq sualını cavablandırarkən söyləyib.

Qeyd edək ki, bir gün əvvəl Qazaxıstanda da analoji qərar qəbul edilib. Oktyabrın 16-da ölkə Prezidenti Kasım-Comart Tokayevin mətbuat katibi Berik Uali bildirib ki, bu cür təkliflər Prezident tərəfindən alınıb: “Lakin hazırda və yəqin ki, yaxın gələcəkdə Astana bu quruma üzvlük üçün müraciət etməyəcək. Bu, üzvlük məsələsinin və BRİKS-in inkişaf perspektivləri ilə bağlı digər aspektlərin nəzərdən keçirilməsinin çoxmərhələli prosesi ilə bağlıdır. Tokayev hazırda BMT-yə bütün cari beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və alternativi olmayan təşkilat kimi baxır”.

Qazaxıstanın imtinası fonunda “Rosselxoznadzor” bu ölkədən pomidor, bibər, təzə bostan məhsulları, buğda, kətan toxumu və mərcimək idxalına məhdudiyyətlər qoyub. Qərar fitosanitar təhlükəsizliyin təmin edilməsi ilə əsaslandırılıb. İdarənin açıqlamalarına görə, 2024-cü ilin əvvəlindən Qazaxıstan məhsullarının karantin obyektləri ilə çirklənməsi ilə bağlı 215 fakt qeydə alınıb. “Rosselxoznadzor” açıqlayıb ki, bu rəqəm 2023-cü ilin analoji dövrünün göstəricilərindən dörd dəfə çoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş