Baş Prokurorluq tərəfindən kassasiya şikayəti verilib
Ermənistan Baş Prokurorluğu ölkənin ordusunun keçmiş Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu, Üçüncü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edir. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
Ermənistan Baş Prokurorluğu Qriqori Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarının ləğv edilməsini tələb edərək kassasiya şikayəti verib.
Qeyd edək ki, hakim Armen Hovhannisyanın sədrliyi ilə keçirilən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Qriqori Xaçaturovun həbs müddətinin uzadılması, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən inzibati nəzarətə götürülməsi və 20 milyon dram məbləğində girovla əvəz edilməsi barədə qərardan verilən apellyasiya şikayətini qismən təmin edib.