Ermənilər Gədəbəy və Tovuzu atəşə tutub – <font color=red> RƏSMİ</font>

Xəbərlər

18.10.2020 - 10:48

Düşmən döyüş mövqelərimizə iriçaplı silahlardan atəş açıb

 

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Müəllif: Ayna.az