Erməni general Xaçatryan həbs olunub

Dünya

15.01.2024 - 12:53

cedabet dərman SEO Xidməti

İrəvan məhkəməsi Ermənistan ordusunun Baş Qərargah rəisinin keçmiş müavini barədə həbs qərarı verib

İrəvan Birinci İnstansiya Məhkəməsi Ermənistan ordusunun Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanın 2 ay müddətinə həbs edilməsi barədə vəsatəti təmin edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə generalın vəkili Varazdat Arutyunyan deyib.

Daha əvvəl “ArmLur.am” nəşri yazıb ki, “Erik” restoranına toplaşan 10-a yaxın şəxs arasında mübahisə yaranıb və bu zaman Xaçatryan ona hədiyyə olunmuş silahından atəş açmağa başlayıb.

Nəticədə Qarabağ ermənisi olan Hrayr Mnatsakanyan yaralanıb və xəstəxanaya çatdırılıb. General isə cinayət əməlinə görə saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş