“Yeni Konstitusiya qəbul olunarsa, idarəetmə formasının dəyişdirilməsi ilə bağlı heç bir müddəa yoxdur”
“Yeni Konstitusiya qəbul olunarsa, idarəetmə formasının dəyişdirilməsi ilə bağlı heç bir müddəa yoxdur”. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin Dövlət-hüquq məsələləri daimi komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” Partiyasından olan deputat Vladimir Vardanyan deyib.
Deputat əlavə edib ki, hüquqi prinsiplər var ki, Konstitusiya dəyişdirilsə belə, dəyişməz qalır: “Hökumət formasında dəyişiklik nəzərdə tutulmur”.
“Biz öz maraqlarımızı və Ermənistanın üzləşdiyi çağırışları rəhbər tutmalıyıq. Konstitusiya dəyişiklikləri və ya yeni Konstitusiyanın qəbulu yalnız Ermənistan xalqının istəyi ilə həyata keçiriləcək. Biz ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas prinsipləri olduğunu rəhbər tutmalıyıq”, - deyə deputat qeyd edib.