Taquyi Tovmasyan: “Hazırda XİN-i təmsil etməyə heç kim yoxdur”
“Xarici Xarici İşlər Nazirliyi dağılıb, məhv olur, iflasla üz-üzədir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin deputatı Taquyi Tovmasyan deyib.
Deputat xatırladıb ki, Ermənistanın xarici işlər nazirinin bütün müavinləri istefa verib: "Bu o deməkdir ki, bizim nazirliyimiz iflasla üz-üzədir. Hazırda XİN-i təmsil etməyə heç kim yoxdur. Belə vəziyyət nə qədər davam edəcək?".
Qeyd edək ki, iyunun əvvəlində Ermənistanın XİN başçısı Ara Ayvazyan vəzifəsindən istefa verib. Bundan sonra onun müavinləri, nazirliyin mətbuat katibi də istefaya gedib.