Ərdoğandan Azərbaycan xalqına təbrik

Xəbərlər

18.10.2025 - 23:31

Türkiyə lideri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

AYNA.AZ xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.

“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram”, - paylaşımda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş