“Qarşıdakı dövrdə bu münasibətləri yaxşılaşdırmaq üçün addımlar planlaşdırmırıq”
“İsraillə münasibətləri pozulan Ankara münasibətləri bərpa etmək üçün addımlar planlaşdırmır”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Türkiyə Cümhuriyyəti dövləti və hökuməti olaraq İsraillə əlaqələrimizi kəsdik. Hazırda bizim İsraillə heç bir əlaqəmiz yoxdur. Qarşıdakı dövrdə bu münasibətləri yaxşılaşdırmaq üçün addımlar planlaşdırmırıq. Gəlin bu qətiyyəti qoruyaq. Türkiyə hökuməti, nə qədər ki, Rəcəb Tayyib Ərdoğan başçılıq edir, İsraillə əlaqələri inkişaf etdirməyəcək”, - deyə Ərdoğan vurğulayıb.
“Biz İsraillə ticarəti və əlaqələri dayandırmışıq”, deyə Prezident əlavə edib.