Ərdoğan Trampla Ukrayna və Fələstini müzakirə edəcək

Dünya

03.01.2026 - 23:18

Türkiyə Prezidenti ABŞ-dan olan həmkarı ilə telefon danışığı aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Ərdoğan qeyd edib.

Bildirib ki, Amerika lideri ilə Ukrayna sülh prosesi də daxil olmaqla bir çox məsələləri müzakirə edəcək.

"Bazar ertəsi Trampla telefon danışığımız olacaq. Həm Fələstin məsələsini, həm də Rusiya-Ukrayna məsələsini müzakirə edəcəyik", - Ərdoğan qeyd edib.

Ərdoğan həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Parisdə Ukrayna ilə bağlı "könüllülər koalisiyası"nın iclasında iştirak edəcəyini də açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş