Hulusi Akar Prezident təyyarəsində olarkən vəziyyətlə bağlı ona məruzə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bali adasında keçirilən G20 sammitindən qayıdandan sonra Suriya və İraqda hərbi əməliyyatlara şəxsən göstəriş verib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat yayıb.
Telekanalda nümayiş olunan süjetə görə, Türkiyənin müdafiə naziri Hulusi Akar Prezident təyyarəsində olarkən vəziyyətlə bağlı ona məruzə edib. Ərdoğan da əmri məhz orada imzalayıb.
Qeyd edək ki, noyabrın 20-də Türkiyə ordusunun İraq və Suriyanın şimalında keçirdiyi hava əməliyyatı zamanı terrorçuların bazalarını məhv etdiyi məlum olub. Zərbələrin Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) aid F-16 qırıcıları və pilotsuz uçan aparatlar tərəfindən Suriyada dörd, İraqda isə bir bölgədə endirilməsi dəqiqləşdirilib.