Türkiyə Prezidenti Ər-Riyadda danışıqlardan sonra Misirə yola düşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edib. AYNA.AZ xəbər verir ki, Ərdoğanı Kral Xalid Beynəlxalq Hava Limanında Ər-Riyadın əmiri, şahzadə Faysal bin Bəndər, digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Türkiyə Prezidenti Səudiyyə Ərəbistanının vəliəhdi Muhammed bin Salman ilə görüşmək üçün Yamamə sarayına yollanıb.
Prezidentin Ər-Riyadda müzakirə edəcəyi məsələlər arasında ikitərəfli əməkdaşlığın perspektivləri, Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranmış vəziyyət olacaq.
Səfər zamanı Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, maliyyə naziri Mehmet Şimşek və hökumətin digər üzvləri müşayiət edirlər.
Prezident Ərdoğan Ər-Riyadda danışıqlardan sonra Misirə yola düşəcək.