Türkiyə Prezidenti: “Fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə üz-üzə görüşmək istədiyini bildirib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Türkiyə lideri bu ay Hindistanda G20 sammitinin və Birləşmiş Ştatlarda BMT Baş Assambleyasının iclasının keçiriləcəyinə baxmayaraq, sentyabrda Putinlə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
“Əgər bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq”, - deyə Ərdoğan qeyd edib.
Bundan əvvəl Ərdoğan administrasiyasındakı mənbə bildirib ki, Türkiyə Prezidenti son telefon danışığında rusiyalı həmkarını Türkiyəyə dəvət edib. Bildirilib ki, Putinin Ankaraya səfəri ilə bağlı məsələ müvafiq idarələr tərəfindən müzakirə olunur.