Suriyadakı vəziyyət və Qara dənizdə tankerlərə edilən hücumlar müzakirə ediləcək
Türkiyə Nazirlər Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə növbəti iclasını keçirəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabinetinin iclası yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. İclasda "Terrorsuz Türkiyə" prosesi, Suriyadakı son vəziyyət və Qəzzaya humanitar yardımın çatdırılması müzakirə olunacaq.
Qara dənizdə neft tankerlərinə edilən hücumlara xüsusi diqqət yetiriləcək və bu hadisələr Türkiyədə və bütövlükdə regionda təhlükəsizlik kontekstində qiymətləndiriləcək.
Xatırladaq ki, 28 noyabrda Qara dənizdə KAİROS və VİRAT neft tankerlərinə hücum edilib.