Görüş NATO sammitində baş tutub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşüb. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edilib ki, yarım saat davam edən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə yanaşı milli müdafiə naziri Hulusi Akar da iştirak edib.