Ərdoğan da “WhatsApp”-dan imtina edib

Dünya

10.01.2021 - 20:59

“WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsi Prezidentin imtina etməsinə səbəb olub

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”-dan istifadə etməyəcək. AYNA xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, ölkə başçısı “WhatsApp”-dan imtina edib.

 

“WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsi Prezidentin imtina etməsinə səbəb olub.

 

Türkiyə Prezident Adminstrasiyası jurnalistləri də Ərdoğanın göstərdiyi nümunədən istifadə etməyə çağırıb.

 

Qeyd edək ki, bundan əvvəl türkiyəli iş adamı, mühəndis Səlcuq Bayraqdar da “WhatsApp”dan imtina edib. 

 

Xatırladaq ki, “WhatsApp”  istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.

Müəllif: Ayna.az