Ərdoğan: “Artıq ağıllarını başlarına yığsınlar”

Siyasət

10.12.2020 - 15:15

Həkimlər Klinikalar SEO Xidməti

“Erməni siyasətçilərin sülh və sabitliklə bağlı cəsur addımlar atmaqlarını təmənni edirik”

 

“Qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq qoyduğu arzusunu da yerinə yetirdi. Qarabağı Ana Vətənə qovuşduran Azərbaycan Ordusunun hərbçilərini təbrik edirəm. Bu Zəfər gününüzdə sizlərlə birlikdə olmaqdan böyük bəxtiyarlıq duyuruq”. AYNA xəbər verir ki, bu sözləri bu gün Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyə Prezidenti şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyib: “Azərbaycanın həm hərbi, həm diplomatiya meydanında əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri əziz qardaşım İlham Əliyevə məxsusdur. İnşallah, Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə Azərbaycanın apardığı mübarizəyə əvvəlcədən bütün qurum və təşkilatları ilə dəstək verib, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub. Biz özümüz hər zaman mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutduq. Qarabağı 30 il boyunca sinəmizə yara etdik. Bu yaranın sağalmasının sevincini bölüşmək, bu şanlı Zəfəri birlikdə qeyd etmək üçün sizlərləyik”.

 

 “İşğaldan azad edilmiş ərazilərdə qəbiristanlıqlar, məscidlər dağıdılıb. Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər artıq ağıllarını başlarına yığmalıdırlar. Erməni siyasətçilərin sülh və sabitliklə bağlı cəsur addımlar atmaqlarını təmənni edirik. Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər ağrı-acıya baxmayaraq, təqdir ediləsi davranış nümayiş etdirir. Onun xoş niyyətli səylərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini istəyirik. Şəhidlərimizin fədakarlıqları sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa etdi. Azərbaycan Tərtər çayının suyuna qovuşdu. Laçın, Suşa, Kəlbəcər artıq azaddır. Rəbbimə bizlərə bu günləri yaşatdığına görə sonsuz təşəkkür edirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb, 30 illik həsrət sona çatıb. Türkiyə və Azərbaycan çiyin-çiyinə verdiyi müddətdə Allahın izni ilə uğurdan-uğura addımlamağa davam edəcək”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş