Prezident bələdiyyə seçkilərində məğlubiyyətin səbəblərini müəyyənləşdirmək istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) sorğu keçirməyi və bələdiyyə seçkilərində məğlubiyyətin səbəblərini müəyyən etməyi tapşırıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Türkiyə Qazetesi” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Ərdoğan Türkiyədə bələdiyyə seçkilərinin nəticələrinə inflyasiyanın təsir etdiyini düşünür.
Xatırladaq ki, Ərdoğanın hakimiyyətinin 21 ili ərzində Türkiyədə ilk dəfə olaraq müxalifət seçkilərdə ciddi qələbə qazanıb.