Səfərlər zamanı Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək
İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün tezliklə İslamabad, Maskat və Moskvaya səfər etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, ilk səfər İslamabada olacaq. Səfərləri zamanı Əraqçi Yaxın Şərqdəki son hadisələri və İran-ABŞ münaqişəsindəki mövcud vəziyyəti Pakistan, Oman və Rusiya rəsmiləri ilə müzakirə etməyi planlaşdırır.
Bundan əvvəl "Əl-Ərəbiyyə" və Pakistanın dövlət televiziyası PTV İranın xarici işlər nazirinin ABŞ nümayəndələri ilə danışıqların ikinci mərhələsində iştirak etmək üçün İslamabada səfər edə biləcəyi məlumatını yaymışdı.