“Tehranın məqsədi münaqişənin qarşısını almaqdır”
“İran həm dinc, həm də hərbi ssenariyə tam hazırdır. Lakin Tehranın məqsədi münaqişənin qarşısını almaqdır”. AYNA.AZ bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ ilə danışıqlardan öncə “India Today” telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, İran ordusu verilən tapşırıqları yerinə yetirməyə hazırdır: “İran özünü effektiv şəkildə müdafiə etməyə qadirdir. Tehran son müharibədən nəticə çıxarıb və növbəti münaqişəyə daha yaxşı hazırlaşıb”.
“Tehran nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququnda güzəştə getməyəcək”, - deyə nazir qeyd edib.