“Ölkənin hərbi hazırlığı 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibədən bəri əhəmiyyətli dərəcədə gücləndirilib”
“İran ordusu ABŞ-ın mümkün təcavüzünə Yaxın Şərqdəki Amerika hədəflərinə zərbələrlə cavab verməyə hazırdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi RT-yə deyib.
Nazir bildirib ki, İran həm diplomatik həllə, həm də yeni təcavüzü dəf etməyə hazırdır: “Ölkənin hərbi hazırlığı 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibədən bəri əhəmiyyətli dərəcədə gücləndirilib.
"Biz özümüzü müdafiə edəcəyik. Biz ABŞ-a, ABŞ obyektlərinə və aktivlərinə - qonşuluğumuzdakı hər şeyə hücum edəcəyik", - Əraqçi xəbərdar edib.
Eyni zamanda, İranın XİN başçısı diplomatiyanın tərəfdarı olduğunu vurğulayıb: "Mənim ölkəm, silahlı qüvvələrimiz istənilən inkişafa tam hazırdır. Amma mən diplomatiyaya üstünlük verirəm".