Emin Əmrullayev vətəndaş qəbulu keçirib

Xəbərlər

23.08.2024 - 17:15

cedabet dərman SEO Xidməti

Nazir Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

Avqustun 23-də elm və təhsil naziri Emin Əmrullayev Şamaxı şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak ediblər. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Emin Əmrullayev vətəndaş qəbulu keçirib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş