Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

İdman

17.02.2026 - 18:10

Azərbaycanlı referi “KuPS”– “Lex” matçının baş hakimi olacaq

FIFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb. AFFA-dan AYNA.AZ-a verilən məlumata görə, o, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş