“Qalatasaray”ın oyunu ləğv edilib

İdman

01.09.2020 - 05:32

Həkimlər Klinikalar SEO Xidməti

Sentyabrın 5-də baş tutması planlaşdırılan görüş keçirilməyəcək

 

“Neftçi”nin Avropa Liqasındakı rəqibi “Qalatasaray”ın “Kasımpaşa” ilə yoxlama oyunu ləğv olunub.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, bunu “sarı-qırmızılar” açıqlayıb.

 

Bildirilir ki, sentyabrın 5-də baş tutması planlaşdırılan görüş keçirilməyəcək. Matçın ləğv edilməsinin səbəbləri açıqlanmır. Bu oyun Əli Sami Yen Spor Kompleksi Türk Telekom stadionunda keçirilməli idi.

 

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.

Müəllif: Ayna.az