Əlirza Ərəfi Ali Rəhbər Əli Xameneyinin vəfatından sonra Liderlik Şurasının üzvü seçilib
Ayətullah Əli Rza Arafi İran Ali Rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edəcək. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.
İranın Məqsədyönlülük Şurasının sözçüsü bildirib ki, iranlı ruhani və Keşikçilər Şurasının üzvü Əlirza Ərəfi Ali Rəhbər Əli Xameneyinin vəfatından sonra Liderlik Şurasının üzvü seçilib.
Liderlik Şurasının digər iki üzvünün Prezident Məsud Pezeşkian və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni Ejei olduğu qeyd olunub.
Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Rəhbərin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Şuranın tərkibinə Prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.