Əli Əsədov Minskə gedib

Xəbərlər

29.09.2025 - 15:18

Baş nazir Belarusa işgüzar səfər edib

Sentyabrın 29-da Baş nazir Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gedib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gedib.

“Minsk” Milli Hava Limanında Əli Əsədovu Belarus Respublikası Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.

Əli Əsədov Minskə gedib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş